|
|
|
|

Rusiya Müdafiə Nazirliyi Ukrayna ilə əsir mübadiləsi çərçivəsində 195 rus əsgərinə qarşı 195 Ukrayna əsgərinin qarşılıqlı olaraq azad edildiyini açıqlayıb.
525.az xarici mediaya əsasən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin aparıldığı bildirilib.
Bəyanatda: "Danışıqlar prosesi nəticəsində 195 rus əsgəri Kiyev administrasiyasının nəzarətində olan torpaqlardan geri alınıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 195 əsgəri təhvil verilib. Rusiya əsgərləri təyyarələrlə Moskvaya aparılıb. Nazirliyin tabeliyində olan səhiyyə ocaqlarında müalicə alırlar, ehtiyata buraxılan əsgərlərə tibbi və psixoloji dəstək göstərilir”, - deyə qeyd edilib.
Malik Atilay



