|
|
|
|

Amerikalı demokrat senator Ben Kardin Macarıstanın Baş naziri Viktor Orbanı etibarsız NATO müttəfiqi adlandırıb və ona qarşı sanksiyalar tətbiq etməyi təklif edib.
525.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
“Özünü bir daha NATO-nun ən az etibarsız üzvü kimi göstərən Orban, bununla yanaşı, Avropa İttifaqının Ukraynaya çox ehtiyac duyulan iqtisadi yardımı göstərmək qərarını nahaq yerə gecikdirdi”, - deyə Kardin bildirib.
Qeyd edək ki, senator həmçinin Viktor Orbana qarşı sanksiyaların tətbiq edilməsini və Macarıstanın Amerikanın vizasız səyahət proqramından çıxarılmasının nəzərdən keçirilməsini təklif edib. Amerikalı siyasətçi bu qərarı Orbanın İsveçin NATO-ya daxil olmasını təsdiqləmək qərarının gecikməsi ilə əlaqələndirib.
Havar Şəfiyeva



