|
|
|
|

ABŞ-nin Kaliforniya əyalətindəki məhkəmə, İlon Maskın baş icraçı direktoru (CEO) olduğu "Tesla"nın avtomobil xidmətində, enerji mərkəzlərində və zavodunda təhlükəli tullantılarla bağlı prosedurlara əməl etmədiyi səbəbiylə 1,5 milyon dollar cərimə ödəməsinə qərar verib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya Dairə Prokurorluğundan verilən açıqlamada, San Joaquin bölgəsində şirkətə qarşı edilən şikayətin təhlükəli tullantıların atılması, tullantıların saxlanması və idarə edilməsi ilə bağlı qanunların pozulması ilə bağlı olduğu bildirilib.
Açıqlamada, avtomobil xidmət mərkəzlərində, enerji mərkəzlərində və bir fabrikdə təhlükəli tullantılarla bağlı qanuna əməl etmədiyi iddia edilən "Tesla"nın istintaqla əməkdaşlıq etdiyi və yeni qaydalara uyğunluğu artırmaq üçün hərəkətə keçdiyi vurğulanıb.
İşdə tərəflər arasında uzlaşmanın əldə olunduğu bildirilsə də, müqavilə çərçivəsində şirkətə cərimələr, istintaq xərcləri, işçilərin təhsili və tullantıların yoxlanılması üçün 200 min dollar ödəməsi tələb edilib.
"Elektrikli nəqliyyat vasitələri ətraf mühitin abadlaşdırılmasında rol oynayır, lakin onların istehsalı və saxlanmasının zərərli tullantılar yaratdığını qəbul etmək lazımdır", - San Joaquin Prokuroru Ron Freitas deyib.
Qeyd edək ki, Kaliforniyada təxminən 57 avtomobil xidmət mərkəzi və 18 günəş enerjisi obyekti olan "Tesla" San-Fransisko ştatının Fremont şəhərində elektrik avtomobilləri istehsal edir.
Malik Atilay



