|
|
|
|

Cənubi Amerika ölkəsi Çilinin mərkəzi və cənub bölgələrində davam edən meşə yanğınları nəticəsində 112 nəfər həyatını itirib, yanğınlar yaşayış məntəqələri üçün təhlükə yaratdığı üçün, ölkədə fövqəladə vəziyyət elan edilib.
525.az xarici mediaya istinadən bildirir ki, Çilinin mərkəzi və cənub bölgələrində meşə yanğınları genişlənib.
Təkcə Valparaisoda 7 min hektar ərazi yanıb. Ölkə üzrə 158 meşə yanğını barədə məlumat daxil olub. Digər tərəfdən isə güclü külək söndürmə işlərini çətinləşdirib.
Bəzi şəhərlərdə təxliyə əməliyyatları davam edir. Ölkədə fövqəladə vəziyyət elan edilib.
Çili Prezidenti Qabriel Boric sosial media hesabında: “Biz yanğınlara müdaxilə etmək üçün bütün komandalarımızı ölkənin mərkəzi və cənub bölgələrinə yönləndirdik”, - deyə qeyd edib.
Malik Atilay



