|
|
|
|

Myanmada hərbi hökumətlə anti-xunta silahlı qruplaşması arasında toqquşmalar intensivləşib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Myanmada hərbi hökumətlə anti-xunta silahlı qruplaşması arasında baş verən qarşıdurma zamanı 14 sərhəd polisinin Banqladeşə qaçdığı bildirilib.
Banqladeşin daxili işlər naziri Əsəduzzaman Xan Kamal mətbuata açıqlamasında hərbi hökumətlə anti-xunta silahlı qruplaşması arasında baş verən münaqişədən qaçan və Myanmadan olan 14 sərhəd polisinin ölkəyə daxil olduğunu bildirib.
Kamal qarşıdurmalara görə sərhəddə təhlükəsizliyin gücləndirildiyi barədə məlumat paylaşıb.

Məhəmməd Tağıyev



