|
|
|
|

ABŞ-nin Florida ştatında kiçik təyyarə evin üzərinə düşüb.
525.az xəbər verir ki, Florida ştatının Kliruoter şəhərində tək mühərrikli "Beechcraft Bonanza V35" tipli təyyarə treyler evin üzərinə düşüb. Qəzadan sonra yanğın baş verərkən, əraziyə polis və tibb qrupu sövq edilib. Yanğın nəticəsində daha üç evə də ziyan dəyib.
Kliruoter Yanğın və Xilasetmə İdarəsinin rəisi Skott Elers açıqlamasında: "Həm təyyarədə, həm də evdə ölənlərin olduğunu təsdiqləyə bilərəm", - deyib.
Qeyd edək ki, qəza ilə bağlı araşdırmalar davam edir.

Məhəmməd Tağıyev



