|
|
|
|

İtaliyanın Sardiniya adasında çərşənbə günü quldurluq hadisəsi baş verib.
525.az xəbər verir ki, hərbi forma geyinmiş dəstə üzvləri Sassari qəsəbəsi yaxınlığında zibil daşıyan maşınla barrikada quraraq, bölgədəki poçt şöbələrinə pul paylamaq üçün yola çıxan zirehli maşın karvanını saxlayıblar.
Belə ki, səhər saat 8 radələrində baş verən hadisədə soyğunçular əvvəlcə konvoya atəş açaraq mühafizəçilərdən birini yaralayıb, daha sonra isə zirehli maşınları yararaq pulu alıblar. Kalaşnikov silahı olan hücumçular 4 milyon avronu ələ keçirdikdən sonra ərazidən qaçıblar.
Qeyd edək ki, Sardiniyada magistral yollarda oğurluq hadisələri getdikcə çoxalır.

Məhəmməd Tağıyev



