|
|
|
|

ABŞ-nin qərbindəki Kaliforniya ştatında sərt hava şəraitinin baş verəcəyi barədə xəbərdarlıq edilib.
525.az xəbər verir ki, ölkənin qərb sahilində yerləşən Kaliforniyaya çatan fırtına səbəbiylə təxminən 500 min insan elektriksiz qalarkən, bazar günü axşam saatlarında Santa Barbara və Los-Anceles şəhərləri arasında güclü yağış və külək təsirli olub.
Çərşənbə axşamı yağış və küləyin sel və daşqınlara çevrilə biləcəyi barədə xəbərdarlıq edilərkən, qubernator Qavin Nyusom ştatın mərkəzində və cənubda 8 şəhərdə fövqəladə vəziyyət elan edib.
Qeyd edək ki, ştat əhalisinin 94 faizinin yaşadığı ərazilərdə daşqın xəbərdarlığı edilib.

Məhəmməd Tağıyev



