|
|
|
|

Almaniyanın Köln şəhərində Fələstin xalqı ilə həmrəylik nümayişi keçirilib.
525.az xəbər verir ki, tarixi Köln Katedralı qarşısında "Fələstinə Azadlıq" mövzusunda keçirilən aksiyada İsrailin Qəzzaya hücumlarına etiraz edən nümayişçilər əllərində plakatlar və Fələstin bayraqları daşıyıblar.
Çıxışlarda və səsləndirilən şüarlarda İsrail hökumətinin Fələstin xalqına qarşı zülm etdiyi deyilib, səssiz qalan və İsrailə dəstək verən qərb ölkələri tənqid edilib.
Polisin geniş təhlükəsizlik tədbirləri gördüyü nümayişə fələstinlilərlə yanaşı türklər, almanlar və digər ölkə vətəndaşları da qatılıb.
Məhəmməd Tağıyev



