|
|
|
|

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyətini davam etdirməsi üçün qısa müddətdə 3,5 milyon avro maliyyə təmin edəcəklərini açıqlayıb.
525.az xəbər verir ki, Albares Parlamentin Beynəlxalq İnkişaf Əməkdaşlıq Komitəsində çıxışı zamanı UNRWA-nın İspaniya üçün vacib bir təşkilat olduğunu vurğulayıb.
Albares, keçən həftə UNRWA-nın ümumi komissarı Filippe Lazzarini ilə görüşdüyünü və ona 3,5 milyon avro fövqəladə maliyyə yardımı ediləcəyini bildirib.
Məhəmməd Tağıyev



