|
|
|
|

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi İranın nüvə proqramını müzakirə etmək üçün fevral və ya mart aylarında Tehrana getməyi planlaşdırır.
525.az xəbər verir ki, agentlik rəhbəri bu barədə "RFI" radiosunda danışıb.
"Yaxın Şərqdəki vəziyyət son dərəcə təhlükəli olduğundan, bu dialoqu bərpa etmək üçün mən gələn ay, bəlkə də mart ayında Tehrana səfər etməyi düşünürəm”, - o, səfərinin mümkünlüyünü şərh edib.
Qrossi qeyd edib ki, İranın nüvə proqramında və uranın zənginləşdirilməsində irəliləyiş əldə etməsi qəbuledilməzdir.
Qeyd edək ki, MAQATE direktorunun bundan əvvəl Rusiya Federasiyasına səfər edəcəyi məlum olub.
Havar Şəfiyeva



