|
|
|
|

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin siyasi və sülh quruculuğu üzrə müavini Rozmari DiKarlo Ukrayna-Rusiya müharibəsinin ilk günündən bu yana 10 382 nəfərin öldüyünü, 19 659 nəfərin isə yaralandığını bildirib.
525.az xarici mediaya istinadən bildirir ki, DiKarlo fevralın 3-də Ukraynanın Luqanks vilayətində Rusiyanın nəzarətində olan Lisiçansk şəhərinə 28 nəfərin həyatına son qoyan hücumdan sonra Moskva administrasiyasının tələbi ilə toplanan BMT Təhlükəsizlik Şurasında çıxış edib.
Ukraynanın nəzarəti altında olan bölgələrdə son bir neçə həftədə Rusiya hücumlarının intensivləşdiyini deyən DiKarlo: "Keçən həftə şiddətdə ciddi artım müşahidə olundu və başda Zaporojya bölgəsi olmaqla 570-dən çox yaşayış məntəqəsi hədəf alındı. 12 mülki vətəndaş həyatını itirdi, 60 nəfər isə həlak oldu", - əlavə edib.
Malik Atilay



