|
|
|
|

Norveç Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) 26 milyon dollar yardım göndərdiyini açıqlayıb.
525.az xəbər verir ki, Norveçin xarici işlər naziri Espen Bart Eidenin "X" hesabında paylaşdığı yazıya görə, Norveç fələstinli qaçqınlara 26 milyon dollar yardım göndərib.
Eide: "UNRWA Qəzzada humanitar səylərin əsasını təşkil edir. Onların xidmətləri həddindən artıq ehtiyacı olan milyonlarla insan üçün vacibdir", - deyib.
Məhəmməd Tağıyev



