|
|
|
|

Əyləncə sənayesinin ən böyük şirkətlərindən biri olan "Walt Disney", video oyun tərtibatçısı "Epic Games"dən 1,5 milyard dollar dəyərində səhm alacağını açıqlayıb.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, "Disney" tərəfindən edilən şərhdə, iki şirkətin "Disney" hekayələrinin və təcrübələrinin əhatə dairəsini daha da genişləndirəcək yeni bir oyun və əyləncə kainatı üzərində əməkdaşlıq edəcəyi ifadə edilib.
Açıqlamada "Disney"in "Epic Games"dən səhm almaq üçün 1,5 milyard dollar sərmayə qoyacağı bildirilib.
"Epic Games"in məşhur video oyunu "Fortnite" ilə əlaqəli böyük və açıq oyun və əyləncə kainatı yaradacağı, sözügedən kainatın "Fortnite" və onun 100-dən çox oyunu ilə "Disney" hekayələrini və təcrübələrini birlikdə canlandıracağı ifadə edilib.
İnvestisiya ilə bağlı qiymətləndirməsində "Disney" Baş İcraçı Direktoru Robert Iger bildirib ki, bu, "Disney"in indiyə qədər oyun dünyasına ən böyük girişini göstərir və şirkətin böyüməsi üçün əhəmiyyətli imkanlar təqdim edir.
Qeyd edək ki, "Epic Games" təsisçisi və baş direktoru Tim Sveeney də "Disney" və "Fortnite"ni bir araya gətirəcək daimi, açıq və qarşılıqlı işləyə bilən ekosistem yaratmaq üçün tamamilə yeni bir şey üzərində əməkdaşlıq etdiklərini bildirib.
Malik Atilay



