|
|
|
|

ABŞ-nin Braun Universitetinin 19 tələbəsi İsrailin fələstinlilərə qarşı soyqırımına etiraz olaraq 6 gün əvvəl başlatdıqları aclıq aksiyasını davam etdirir.
525.az xəbər verir ki, Rod-Aylend ştatında ABŞ-nin ən prestijli universitetlərindən biri kimi fəaliyyət göstərən Braun Universitetində 19 tələbə kampus qəzeti olan "The Brown Daily Herald" vasitəsilə məktəb rəhbərliyindən Qəzzada atəşkəs və Fələstində insan hüquqlarının pozulmasından qazanc əldə edən şirkətlərin ləğv edilməsini tələb edib.
Qeyd edək ki, kampusda olan aclıq aksiyasına sabah daha 200 tələbənin qatılacağı gözlənilir.
Məhəmməd Tağıyev



