|
|
|
|

ABŞ-də qətl törətdikdən sonra Keniyaya qaçan Kelvin Kangete saxlandığı polis təcridxanasından qaçıb.
525.az xəbər verir ki, sevgilisini öldürdüyü üçün ABŞ-də axtarışda olan 41 yaşlı Keniya əsilli Kelvin Kangetenin qətldən sonra Boston Loqan hava limanından Keniyaya qaçdığı müəyyən edilib.
Keniyada tutularaq ABŞ-ə ekstradisiya edilmək üçün polis
bölməsində saxlanılan Kangete, vəkili ilə görüşmək üçün kameradan çıxıb və qaçaraq ictimai nəqliyyatla bölgəni tərk edib.
Qeyd edək ki, qaçışdan sonra mərkəzdə çalışan bir vəkil və 4 polis əməkdaşı saxlanılıb.
Məhəmməd Tağıyev



