|
|
|
|

"Meta" şirkəti İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneinin sosial media hesablarını silib.
525.az AFP-yə istinadən xəbər verir ki, Xameneinin feysbuk və instaqram hesabları silinib.
“Meta” bildirib ki, hesablar şirkətin təhlükəli təşkilatlar və şəxslərlə bağlı siyasətini pozduğuna görə silinib.
Xameneinin instaqramda 5 milyon izləyicisi olub (APA)



