|
|
|
|

Koreya Respublikasının Prezidenti Yoon Seok-yeol bildirib ki, ölkə nüvə silahına malik Şimali Koreyadan gələn potensial təhlükəyə cavab olaraq nüvə çəkindirici vasitə istehsal etməyəcək.
525.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Prezident qeyd edib ki, Cənubi Koreya Şimali Koreya lideri Kim Çen Inın təhlükəsizlik təhdidləri və ya təxribatlarının qarşısını almaq üçün alternativ variant kimi ABŞ ilə əməkdaşlığı gücləndirəcək.
Onun sözlərinə görə, Cənubi Koreya istəsəydi, artıq nüvə silahına sahib olardı, çünki bunun üçün bütün lazımi texnologiyalar var.
Havar Şəfiyeva



