|
|
|
|

Pakistan ordusu seçki günü ölkə daxilində həyata keçirilən 51 "terror aktı" nəticəsində 10-u təhlükəsizlik işçisi və 2-si mülki şəxs olmaqla 12 nəfərin həyatını itirdiyini, 39 təhlükəsizlik əməkdaşının isə yaralandığını açıqlayıb.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, seçki günü 51 "terror aktı"nın həyata keçirildiyi, əksəriyyətinin Xayber Paxtunxva və Bəlucistan əyalətlərində olduğu bildirilib.
Qarşıdurmalarda 5 “terrorçu”nun zərərsizləşdirildiyi bildirilib və bir çox potensial təhlükənin aradan qaldırıldığı vurğulanıb.
Açıqlamada, təxminən 6 min həssas səsvermə məntəqəsində seçkilərin təhlükəsizliyini təmin etmək üçün 137 min əsgər və yarımhərbi birləşmənin və 7 800 xüsusi təyinatlı qüvvəsinin təyin edildiyi qeyd edilib.
Qeyd edək ki, Pakistanda 5 il qanunverici orqan funksiyasını yerinə yetirəcək Pakistan Milli Assambleyası (NA) və əyalət məclislərinin seçkiləri üçün yerli vaxtla dünən 08:00-da başlayan səsvermə 17:00-da başa çatıb.
Malik Atilay



