|
|
|
|

ABŞ Prezidenti Co Bayden, İsrailin Qəzzaya hücumlarının "çox şişirdilmiş" olduğunu vurğulayaraq: "Qəzzada aclıqdan ölən çoxlu günahsız insan var, buna son qoyulmalıdır", - deyib.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, ABŞ Prezidenti Bayden axşam saatlarında Ağ Evdə proqrama son anda əlavə edilən canlı yayımda kameralar qarşısına keçib.
Xüsusi prokurorun açıqladığı hesabatla bağlı qiymətləndirmələr aparan Bayden Qəzzada son vəziyyətə və ABŞ rəhbərliyinin bu mövzuda gördüyü işlərə toxunub.
Qeyd edək ki, Co Bayden Qəzzaya daha çox humanitar yardım göndərilməsi ilə bağlı bölgə ölkələri ilə dəfələrlə görüşdüyünü və bu mövzuda İsrailin Baş naziri Binyamin Netanyahunu razı salmağa çalışdığını iddia edib.
Malik Atilay



