|
|
|
|

Fransada 2023-cü ildə həddindən artıq istilər səbəbindən 5 mindən çox insanın öldüyü bildirib.
525.az xarici mediaya istinadən xəbər verir ki, İctimai Səhiyyə Təşkilatından tədqiqatçı Guillaume Boulanger, mətbuat şərhində, 2023-cü ilin yay aylarında ölümlərin 3 faizinin həddindən artıq istidən qaynaqlandığını bildirib.
Boulanger, 2023-cü ilin yayında 5 mindən çox insanın həyatını itirdiyini bildirib. Bu insanların təxminən 3700-ü 75 və yuxarı yaşda olan insanlardır.
Qeyd edək ki, Fransada 2023-cü il son illərdə həddindən artıq istilər səbəbindən ən çox ölüm hallarının qeydə alındığı illərdən biri olub.
Malik Atilay



