|
|
|
|

Fukusima Dai-içi Atom Elektrik Stansiyasından tərkibində radioaktiv maddələr olan suyun sızması ilə əlaqədar stansiyanın operatoru şirkət ictimaiyyətdən üzr istəyib.
525.az xəbər verir ki, "Tokyo Electric Power" (TEPCO) operatorunun Fukuşima Dai-içi direktoru Taminami Tatsuya sızma ilə bağlı açıqlamasında ictimaiyyətdən üzr istəyib.
"Biz Fukusima əhalisini və ümumilikdə cəmiyyəti narahat etdik", - deyilən açıqlamada sızmanın elektrik stansiyası şəhərciyindən kənar ətraf mühitə təsir etmədiyi vurğulanıb.
Məhəmməd Tağıyev



