|
|
|
|

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında 650 min insanın evsiz qaldığını bildirib.
525.az xəbər verir ki, OCHA-nın Qəzza zolağındakı vəziyyətlə bağlı dərc etdiyi gündəlik hesabatda bölgədəki dağıntılar barədə məlumat verilib.
Qəzzada 100 min köçkün ailənin qış çadırlarına ehtiyacı olduğu bildirilən hesabatda, bölgədə təmizlənməli olan 12 milyon ton dağıntının yarandığı vurğulanıb.
Hesabatda: "Təxminlərə görə, 650 mindən çox insanın qayıdacaq evi yoxdur. Bir çox insan infrastrukturun zədələnməsi və partlayıcı qalıqların yaratdığı risklər səbəbindən evlərinə qayıda bilməyəcək", - deyə qeyd edilib.
Məhəmməd Tağıyev



