|
|
|
|

Bir müddətdir Avropa İttifaqının (Aİ) kənd təsərrüfatı siyasətlərinə və qiymət artımına etiraz edən fermerlərin paytaxt Romada nümayiş keçirməsi gözlənilir.
525.az xəbər verir ki, fermerlərin paytaxtda keçirdikləri etirazlarla bağlı günlərdir Roma polisi ilə apardıqları danışıqlar nəticəsində polisin müşayiəti ilə 10 traktorun şəhərə daxil olmasına icazə verilib.
Bu çərçivədə paytaxtın San Giovanni meydanında 10 traktor və 1500-ə yaxın fermer etiraz aksiyası keçirəcək. Bələ ki, ölkənin müxtəlif bölgələrindən traktorları ilə gələn bir çox fermer Roma yaxınlığında gözləməyə davam edir.
Qeyd edək ki, Almaniya, Fransa, İspaniya, Niderland, Belçika, Polşa, İtaliya və Macarıstan da daxil olmaqla bir çox Aİ ölkələrinin fermerləri son vaxtlar həyata keçirilən kənd təsərrüfatı siyasətlərinə reaksiya verir.
Məhəmməd Tağıyev



