|
|
|
|

Ermənistan NATO ilə alyansa daxil olmaq imkanını müzakirə etməyib və etmir.
525.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “The Telegraph” qəzetinə müsahibəsində söyləyib.
“Bu bizim müzakirə etmiş olduğumuz və ya müzakirə etdiyimiz məsələ deyil”, – o bildirib və əlavə edib ki, KTMT-də üzvlüyün saxlanılması məsələsi müzakirəyə açıq sayıla bilər.
“Ölkədə müdafiə alyanslarına üzvlük strategiyasının Ermənistanın uzunmüddətli maraqlarına uyğun olub-olmaması və nə dərəcədə uyğun olması ilə bağlı müəyyən diskussiyalar gedir”, – Paşinyan əlavə edib.
Xatırladaq ki, 2023-cü ilin sentyabrın 3-də Ermənistanın Baş naziri Nikol Paşinyan “La Repubblica” qəzetinə müsahibəsində ölkə təhlükəsizliyi məsələsində sadəcə Rusiyaya arxalanmağın strateji səhv olduğunu etiraf edərək Moskvanın sözügedən sahədə İrəvanın ehtiyaclarını təmin etmədiyini vurğulayıb.



