Ötən il ABŞ-nin Havay ştatında baş verən meşə yanğınlarında həyatını itirənlərin ailələrinə hadisə ilə bağlı dövlət qurumlarını və şirkətlərini məhkəməyə vermədikləri təqdirdə 1,5 milyon dollar təzminat təklif edilib.
525.az xəbər verir ki, Havay qubernatoru Coş Qrin mətbuat konfransında: "Ölən 100 nəfərin hamısının ailəsi var. Əgər onlar könüllü olaraq ailə başına 1,5 milyon dollar məbləğində razılaşmaya qane olsalar, biz 175 milyon dolları artıq toplamışıq", - deyib.
Qrin gələcəkdə yanğında torpaqlarını və iş yerlərini itirmiş insanlara kömək etmək üçün bir fond yaratmağa çalışacaqlarını da bildirib.
Qeyd edək ki, ailələr təklifi qəbul etsələr, mart ayından etibarən təzminat verilməyə başlayacaq.
Məhəmməd Tağıyev