|
|
|
|
ABŞ-də keçirilən son sorğuda hər 5 seçicidən 4-ü bildirib ki, prezident Co Bayden bir müddət daha xidmət etmək üçün çox yaşlıdır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, "ABC News/Ipsos" tərəfindən aparılan sorğuda iştirakçıların 86 faizi 81 yaşlı Baydeni ikinci müddətə prezident olmaq üçün "çox qoca" hesab etdiklərini bildirib.
Fevralın 9-10-da keçirilən sorğuya görə, eyni auditoriyanın 59 faizi Bayden və ABŞ-nin keçmiş prezidenti Donald Trampın ikinci müddət üçün çox yaşlı olduqlarını bildirib.
Sorğunu cavablandıranların 27 faizi Baydeni daha dörd il prezident olmaq üçün "çox yaşlı" hesab etdiklərini bildirsələr də, müstəqil seçicilər arasında bu rəqəm Bayden üçün 91 faiz, Tramp üçün isə 71 faizə yüksəlib.
Eyni sorğuya görə, ABŞ seçicilərinin əksəriyyəti (44-26 faiz) Trampın ölkə sərhədlərini Baydendən daha yaxşı qoruyacağına inanır.
Bundan əlavə, getdikcə daha çox amerikalı iqtisadiyyat, cinayətlə mübarizə və inflyasiya kimi məsələlərdə Baydendən daha çox Trampa etibar edir.
Malik Atilay