|
|
|
|
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndə İranın dəstəklədiyi husilərə məxsus partlayıcı yüklü pilotsuz suüstü maşınlara və gəmi əleyhinə qanadlı raketlərə qarşı iki hücum təşkil etdiyini açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığından verilən açıqlamada: “CENTCOM fevralın 10-da yerli vaxtla saat 16:00-17:00 radələrində husilərə aid 2 pilotsuz suüstü vasitə və mobil gəmi əleyhinə 3 qanadlı raketə qarşı özünümüdafiəni uğurla həyata keçirib", - deyilib.
Açıqlamada husilərin Yəmənin şimal bölgəsindən Qırmızı dənizdəki ticarət gəmilərinə təsbit edilən pilotsuz suüstü vasitələri və raketlərlə hücum etməyə hazırlaşdıqları və ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər üçün “qanuni təhlükə törətdikləri” vurğulanıb.
Bundan əlavə, bəyanatda: "Bu hərəkətlər naviqasiya azadlığını qoruyacaq və beynəlxalq suları ABŞ Hərbi Dəniz Qüvvələri və ticarət gəmiləri üçün daha təhlükəsiz edəcək", - deyə qeyd edilib.
Malik Atilay