ABŞ-nin Texas ştatında çox sayda insanın olduğu kilsəyə bazar günü mərasimindən əvvəl silahlı hücum olub.
525.az xəbər verir ki, atışma Hyuston şəhər mərkəzindən təxminən 10 kilometr aralıda yerləşən Leykvud kilsəsində Kol Ostin tərəfindən keçiriləcək mərasimdən bir qədər əvvəl baş verib.
Hyuston Polis Departamentinin "X" hesabında edilən açıqlamada hadisənin davam etdiyi bildirilərək, ərazidən uzaq durması istənilib.
Qeyd edək ki, Leykvud kilsəsinin "X" hesabında paylaşılan mesajda atışma səsləri təsdiqlənib və polis qüvvələrinin hadisə yerində olduğu vurğulanıb.
Məhəmməd Tağıyev