|
|
|
|
Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilir.
525.az “Report” -a istinadən xəbər verir ki, toplantıda R.T.Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə və Misirə səfəri müzakirə olunur.
Həmçinin, F-16 qırıcı təyyarələrinin ABŞ-dən Türkiyəyə tədarükü məsələsi də gündəlikdədir.
Bundan başqa, bir sıra daxili məsələlərlə bağlı da fikir mübadiləsi aparılır.