|
|
|
|

26 sentyabr 2021-ci il tarixində Almaniyanın paytaxtı Berlində Bundestaq üçün keçirilən ümumi seçkilərdə yaşanan pozuntular və səhvlər səbəbindən seçkilər qismən təkrarlanıb.
525.az xəbər verir ki, Konstitusiya Məhkəməsinin Berlinin bəzi bölgələrində sübut edilmiş pozuntular və səhvlərə görə ümumi seçkilərin təkrarlanması qərarından sonra 2256 səsvermə mərkəzindən 455-də yenidən seçkilər keçirilib. Seçkilərdə iştirakı gözlənilən 500 minə yaxın seçicinin təxminən 40 faizinin sandıq başına getdiyi təxmin edilir.
Seçkilərin mümkün nəticələrinin Bundestaqdakı yerlərin bölüşdürülməsinə və bununla da parlamentdəki qüvvələr balansına o qədər də təsir etməyəcəyi proqnozlaşdırılır.
Məhəmməd Tağıyev



