|
|
|
|

Rusiyada yaşayış binasında güclü yanğın olub.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə Krasnaqorskıy rayonunun Anapa şəhərindəki onbirmərtəbəli binada baş verib.
Binadan112-si uşaq olmaqla 440 nəfər təxliyə olunub.
Yanğın zamanı bir nəfər xəsarət alıb.



