|
|
|
|

Fransada fermerlər qarşıdakı günlərdə etirazların intensivliyini artıra biləcəklərini deyib.
525.az xəbər verir ki, paytaxt Paris və ətrafını mühasirəyə alan fermerlərin etirazlarının sona çatmasının ardından həmkarlar ittifaqları ilə hökumət arasında danışıqlar davam edir.
Baş nazir Qabriel Attal dünən Kənd Təsərrüfatı Naziri Mark Fesneau və ölkənin ən böyük fermer həmkarlar ittifaqlarından biri olan FNSEA və Gənc Fermerlər birliyinin nümayəndələri ilə görüşüb.
FNSEA prezidenti Arnaud Rousseau, Baş nazirlə keçirdiyi görüşləri dəyərləndirərkən, fermerlərin tələbləri ilə bağlı bütün mövzuları müzakirə etdiklərini və heç bir irəliləyiş olmadığını söyləməyin yanlış olacağını vurğulayıb. Lakin hökumətlə danışıqlar davam etsə də, ölkənin bəzi yerlərində fermerlər etirazlarını davam etdirirlər.
Qeyd edək ki, yanvarın 29-da traktorları ilə "Paris mühasirəsi" aksiyası keçirən fermerlər, paytaxta giriş-çıxış yollarını nəqliyyatın hərəkətinə bağlamışdı.

Məhəmməd Tağıyev



