|
|
|
|

Seneqalda müxalifət fevralın 25-də keçiriləcək prezident seçkilərinin təxirə salınmasına reaksiya olaraq fevralın 17-də ölkə boyu nümayişlər keçirəcək.
525.az xarici mediaya istinadən xəbər verir ki, seçki dekabrın 15-ə təxirə salındıqdan sonra 20 prezidentliyə namizəddən 13-nün dəstəklədiyi “Aar Sunu Seçkisi (Seçkilərimizi qoruyaq)” adlı kollektiv fevralın 17-də Dakar başda olmaqla bir çox şəhərdə hərəkətə keçməyə çağırıb.
Kollektivin bu gün Dakarda təşkil edəcəyi aksiya qubernatorluqdan icazə alınmadığı üçün ləğv edilib. Mümkün küçə insidentlərinin qarşısını almaq üçün ölkə daxilində mobil məlumat kəsilib.
Fevralın 9-da ölkə daxilində prezident seçkilərinin təxirə salınmasına etiraz olaraq keçirilən nümayişlər zamanı polislə fəallar arasında qarşıdurma yaşanıb, polis nümayişçilərə tez-tez bibər qazı ilə müdaxilə edib.
Ölkə daxilində baş verən nümayişlərdə 3 nəfər həyatını itirib.
Qeyd edək ki, Seneqal Prezidenti Macky Sall fevralın 3-də qanunvericilik və məhkəmə sistemi arasındakı böhran səbəbilə fevralın 25-də keçiriləcək prezident seçkilərini təxirə saldığını açıqlamış və bu qərar, başda vətəndaş cəmiyyəti olmaqla bir çox təbəqənin reaksiyasına səbəb olmuşdur.
Malik Atilay



