|
|
|
|

Avstraliyanın Viktoriya ştatında güclü fırtına nəticəsində elektrik xətləri sıradan çıxıb.
525.az BBC-ə istinadən xəbər verir ki, ştatda davam edən güclü yağış və külək həyata mənfi təsir edib.
Fırtına nəticəsində bir çox ağac yıxılıb. Əlverişsiz hava şəraiti ştatın qərbində meşə yanğınları ilə mübarizə cəhdlərini də dayandırıb. Fırtına zamanı çoxlu ötürücü qüllələrin uçması və elektrik stansiyasının sıradan çıxması nəticəsində ştatda minlərlə insan işıqsız qalıb.
Bundan əlavə, fırtınanın nəqliyyata da mənfi təsir göstərdiyi, Melburnda bəzi qatarların hərəkətinin dayandırıldığı bildirilib.
Malik Atilay



