|
|
|
|

Şimali Koreya bir ay ərzində beşinci dəfə şərq sahillərinə qanadlı raketlər buraxıb.
525.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinin məlumatına görə, hərbçilər yerli vaxtla səhər saat 9 radələrində Şimali Koreyanın sahil şəhəri Vonsan şəhərinin şimal-şərqindəki sular yaxınlığında bir neçə naməlum qanadlı raket aşkarlayıb.
Bildirilib ki, Seul raketin buraxılışını təhlil etmək üçün ABŞ ilə işləyir. “Hərbçilərimiz müşahidə və sayıqlığı artırıb, ABŞ ilə sıx əməkdaşlıq edir və Şimali Koreyanın addımnlarını yaxından izləyirik”, - deyə bildirilib.
Qeyd edək ki, yanvarın ortalarından bəri Pxenyan sualtı qayığı təchiz etmək üçün nəzərdə tutulmuş yeni model də daxil olmaqla, daha dörd belə qanadlı raket buraxılışı həyata keçirib.
Havar Şəfiyeva



