|
|
|
|

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey İsrailə elan olunmamış səfər edib.
525.az xəbər verir ki, FTB-nin açıqlamasında Reyin bölgədəki hadisələri müzakirə etmək üçün İsrailə elan edilməmiş səfər etdiyi və İsrail hüquq-mühafizə orqanları və kəşfiyyat səlahiyyətliləri ilə görüşdüyü ifadə edilib.
Açıqlamada Reyin səfər zamanı israilli həmkarları ilə olan ortaqlığını uzun müddətdir davam edən, yaxın və möhkəm ortaqlıq kimi xarakterizə etdiyi bildirilib.
Qeyd edək ki, Reyin FTB-nin İsrailə dəstəyini davam etdirəcəyini ifadə etdiyi və iki ölkə arasındakı əməkdaşlığın əhəmiyyətini vurğuladığı bildirilib.
Məhəmməd Tağıyev



