|
|
|
|

Kanadada Fələstin tərəfdarı olan nümayişçilər Baş nazir Castin Trüdonun parlamentdəki çıxışı zamanı İsrailin Qəzza zolağına hücumlarına etiraz ediblər.
525.az xəbər verir ki, parlamentin iclasında çıxış edən Trüdonun sözləri "Azad Fələstin" və "İsraili silahlandırmaqdan əl çəkin" şüarları səsləndirən etirazçılar tərəfindən kəsilib.
Fələstini dəstəkləyən bir qrup nümayişçi əllərində İsrailə silah embarqosu tətbiq edilməsinə çağıran pankartlarla İsrailin Qəzzaya hücumlarına etiraz ediblər.
Qeyd edək ki, etirazçılar mühafizəçilərin müşayiəti ilə binadan çıxarılarkən sessiya bir neçə dəqiqəyə kəsilib.
Məhəmməd Tağıyev



