|
|
|
|

ABŞ-nin Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan, prezident Co Baydenin Qəzzada humanitar böhran səbəbiylə ABŞ-ni tərk etməli olan fələstinlilərə daha 18 ay ölkədə qalmasına icazə verən nizamnaməni imzaladığını açıqlayıb.
525.az xəbər verir ki, Sallivan verdiyi yazılı açıqlamada Qəzzada humanitar vəziyyətin çox pisləşdiyini bildirib.
Baydenin bölgədə davam edən hücumlar və humanitar ehtiyaclar səbəbilə ABŞ-dəki fələstinlilərin əksəriyyətinin ölkədən çıxmasının təxirə salınmasını əmr edən nizamnamə imzaladığını bildirən Sallivan, təxirə salınma müddətinin 18 ay olduğunu qeyd edib.
Qeyd edək ki, qərar ölkədə müvəqqəti qalan və lazımi şərtlərə cavab verən bütün fələstinliləri əhatə edir.
Məhəmməd Tağıyev



