|
|
|
|

Somalinin paytaxtı Moqadişoda təhlükəsizlik səbəbiylə maska və papaqdan istifadə qadağan edilib.
525.az xəbər verir ki, Moqadişu Bələdiyyəsinin sözçüsü Salah Dheere mətbuata verdiyi açıqlamada cinayət törədənlərin şəxsiyyətini gizlətdikləri üçün maska və papaqlardan istifadənin qadağan edildiyini açıqlayıb. Dheere ictimai nəqliyyatda silah gəzdirməyin də qadağan olduğunu bildirib.
Qeyd edək ki, Moqadişu hökuməti Əl-Şəbab terror təşkilatına qarşı əməliyyatlarını artırdıqca, təşkilat müxtəlif şəhərlərdə hücumlarını artırıb.
Məhəmməd Tağıyev



