|
|
|
|

ABŞ-nin şəbəkə texnologiyaları şirkəti "Cisco", yenidən strukturlaşdırma planının bir hissəsi olaraq qlobal işçi qüvvəsini təxminən 5 faiz azaldacağını açıqlayıb.
525.az xəbər verir ki, "Cisco" yanvarın 27-də başa çatan üç aylıq dövr üçün balans hesabatını açıqlayıb. Şirkətdən verilən açıqlamada "Cisco"nun gəlirinin sözügedən dövrdə illik 6 faiz azalaraq 12,8 milyard dollara endiyi bildirilib.
Qeyd edək ki, şirkətin xalis mənfəətinin də eyni dövrdə 5 faiz azalaraq 2,6 milyard dollara endiyi vurğulanıb.
Məhəmməd Tağıyev



