|
|
|
|

Hindistanda 2021-ci ildə hökumətin kənd təsərrüfatı sektoruna liberallaşma gətirən tənzimləmələrinə etirazları ilə gündəmə gələn əsas qiymət və dəstək alış siyasətlərinə son verən fermerlər, bu dəfə hökumətin məsələ ilə bağlı vədləri yerinə yetirmədiyini əsas gətirərək nümayişlər təşkil etməyə başlayıblar.
525.az xarici mediaya istinadən xəbər verir ki, Hindistanda əmək sektorunun demək olar ki, yarısı kənd təsərrüfatı ilə məşğuldur. Buna görə də kənd təsərrüfatı iqtisadiyyata çox təsir edir.
Bazar və istehlak məlumatları üzərində işləyən alman şirkəti "Statista"nın məlumatlarına görə, Hindistan torpaqlarının 54 faizindən çoxu kənd təsərrüfatı üçün yararlı hesab olunur.
Qeyd edək ki, təxminən 1,4 milyard əhalisi olan Hindistanda kənd təsərrüfatı sektoru 150 milyondan çox insanın dolanışığını təmin edir. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına görə, Hindistanın Ümumi Daxili Məhsulu (ÜDM) təxminən 4,1 milyard dollardır. "Statista" məlumatları da göstərir ki, kənd təsərrüfatı sektoru ölkənin ÜDM-nin təxminən 18 faizini təşkil edir. Lakin digər sahələrdəki inkişafla kənd təsərrüfatının ölkə iqtisadiyyatına töhfəsinin azalmağa başladığı müşahidə edilir. Digər tərəfdən, 2021-ci ildə hökumətin kənd təsərrüfatı qanunlarında edilən dəyişikliyə etiraz edərək bir ildir gündəmdə olan fermerlər bu qanunların ləğvindən sonra hökumətdən tələblərinin yerinə yetirilmədiyini bildirirlər.
Malik Atilay



