|
|
|
|

Yaponiyanın cənubundakı Kaqosima körfəzindəki yarımadada "Sakuracima" vulkanında püskürmə baş verib.
525.az “The Japan Times”a istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi ölkənin cənubunda "Sakuracima" vulkanının püskürməsindən sonra küllərin 5 min metrə qədər yüksəldiyini bildirib.
Püskürmədən sonra ölən və yaralanan olmayıb.
Kaqoşima Meteorologiya İdarəsi də açıqlamasında vulkanik aktivlik xəbərdarlığı səviyyəsinin 3-cü səviyyədə saxlandığını açıqlayıb.
Qeyd edək ki, "Sakuracima" Yaponiyanın ən aktiv vulkanı kimi tanınır və 2016-cı ilin fevral ayından bəri onun kraterə 2 kilometrdən çox yaxınlaşmasına icazə verilmir. Vulkanın yerləşdiyi yarımada əvvəllər Kaqoşima körfəzi daxilində ayrıca bir ada olub, lakin 1914-cü ildə böyük vulkan püskürməsindən sonra şərqdə lava sahil xəttini doldurduqda Osumi yarımadası ilə birləşib. Partlayış Yaponiya tarixində ən böyük vulkan püskürməsi kimi qeydə alınıb.
Malik Atilay



