|
|
|
|

Norveçin Qardermoen şəhərindəki Oslo hava limanında iki həftə ərzində 3 qəza baş verib.
525.az xarici mediaya əsasən xəbər verir ki, Oslo hava limanında baş verən son qəzada Skandinaviya Hava Yollarına məxsus sərnişin təyyarəsinin sol qanadı çıxış qapısındakı hasara çırpılıb.
Təyyarəyə cüzi ziyan dəyən qəzada xəsarət alan olmayıb.
Oslo Hava Limanının sözçüsü Monika İren Fasting açıqlamasında hava limanında son üç qəzadan ikisinin eyni çıxış qapısında baş verdiyini və bu yerin hadisələrdən sonra bağlandığını bildirib.
Fevralın 2-də İsveçin paytaxtı Stokholma uçan Norveç Hava Yollarına məxsus təyyarə də eyni qapıda hasara çırpılıb.
Qeyd edək ki, fevralın 13-də Norveçin Kristiansand şəhərinə gedən başqa bir təyyarə başqa bir təyyarə ilə toqquşub və təyyarənin qanadı qırılıb.
Malik Atilay



