|
|
|
|

Uzun müzakirələrdən sonra ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım da daxil olmaqla 95,3 milyard dollarlıq ümumi dəstək paketini təsdiqləyib.
525.az xarici mediaya əsasən xəbər verir ki, ABŞ Senatı Respublikaçılar Partiyasında ölkənin xaricdəki rolu ilə bağlı aylarla davam edən müzakirələrdən sonra Ukrayna, İsrail və Tayvana yardım da daxil olmaqla 95,3 milyard dollarlıq ümumi dəstək paketini təsdiqləyib.
Səsvermədən əvvəl bir qrup respublikaçı senator Ukraynaya 60 milyard dollar yardımın edilməsinə qarşı çıxıb və ABŞ-nin xaricə pul göndərmək əvəzinə öz problemləri ilə məşğul olması lazım olduğuna işarə edib.
Səsvermədə 70 senator “hə”, 29 senator isə “yox” deyib.
Malik Atilay



