|
|
|
|

İsrailin Baş naziri Binyamin Netanyahu İsrail nümayəndə heyətinin Qahirəyə danışıqlara getməsinə saatlar qalmış HƏMAS-ın razılaşma planını rədd edib.
525.az xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb.
Planın müəllifləri Mossad kəşfiyyatının rəhbəri David Barnea, Baş Təhlükəsizlik Xidmətinin direktoru Ronen Bar və İD-nin nümayəndələridir. Onların təşəbbüsünün əsas məqamı girovların azad edilməsi üçün Fələstin hərəkatı ilə razılaşmadır.
Nəhayət, Netanyahu nümayəndə heyəti üzvlərinə sadəcə olaraq digər danışıqçıların dediklərini dinləmələrini söyləyib.
Qeyd olunur ki, iclasda Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Bernsin də iştirak edəcəyi planlaşdırılır.
Havar Şəfiyeva



