|
|
|
|

Myanma hərbi idarəsi yeni qüvvəyə minmiş məcburi hərbi xidmət qanunu çərçivəsində hər il 60 min gənc kişi və qadının hərbi xidmətə çağırılacağını açıqlayıb.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, hərbi idarə yeni qüvvəyə minmiş icbari hərbi xidmətlə bağlı açıqlama verib. Qanuna əsasən, hər ay 5 min gənc oğlan və qız hərbi xidmətə çağırılacaq.
Myanma Hərbi Hökumətinin sözçüsü general-mayor Zav Min Tun BBC-yə bildirib ki, ilk qrup aprelin ortalarında ənənəvi yeni il adlandırılan "Thingyan" şənliklərindən sonra çağırılacaq.
Zav Min Tun, 56 milyon əhalisi olan ölkədə təxminən 14 milyon nəfərin, 6,3 milyon kişi və 7,7 milyon qadının hərbi xidmət kriteriyalarına cavab verdiyini bildirib.
Beşinci qrupdan başlayaraq qadınların hərbi xidmətə çağırılacağı gözlənilir.
Ölkədə “Ehtiyat Qüvvələr haqqında” qanun qüvvəyə minib və bu qanunda ordudakı yaşlıların istefa və ya təqaüdə çıxdıqdan sonra daha beş il xidmət etmələrini nəzərdə tutulub.
Malik Atilay



