|
|
|
|

Şimali Koreya ölkə lideri Kim Çen Inın rəhbərliyi altında yeni tipli gəmi əleyhinə raket “Padasuri-6”nı sınaqdan keçirib.
525.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Sınaqlar çərşənbə günü, fevralın 14-də baş tutub. Raketin 23 dəqiqə havada qaldığı, Yapon dənizindəki şərti hədəfləri vurduğu bildirilir. KXDR lideri buraxılışın nəticələrindən böyük məmnunluğunu ifadə edib.
Qeyd edək ki, onun sözlərinə görə, ölkə donanmasının döyüş qabiliyyətinin gücləndirilməsi “düşmən qüvvələrinin” təxribatlarının qarşısını almağa imkan verəcək.
Havar Şəfiyeva



