|
|
|
|

Britaniya NATO-nun Soyuq Müharibədən bəri ən böyük “Sabit Müdafiəçi” hərbi təlimində iştirak etmək üçün “Challenger 2” tanklarını anbardan çıxarır.
525.az xəbər verir ki, bu barədə “Mail Online” məlumat yayıb.
Bildirilib ki, Britaniya Şərqi Avropaya 50-dən çox tank göndərəcək. Onların əksəriyyəti Böyük Britaniyadan dəmir yolu ilə Kanal Tuneli ilə daşınacaq.
Bundan əlavə, təlimdə iştirak etmək üçün daha onlarla köhnə "Challenger 2" Almaniyadakı anbardan daşınacaq.
Havar Şəfiyeva



