|
|
|
|

Britaniyanın Baş naziri Rişi Sunak israilli həmkarı Benyamin Netanyahu ilə telefon danışığı edib.
525.az xəbər verir ki, Britaniya Baş Nazirliyinin 10 nömrəli ofisindən verilən açıqlamada Sunakın İsrailin özünü müdafiə haqqını dəstəklədiyi vurğulanaraq: "Baş nazir Qəzzada dinc əhali arasında itkilər və Rəfaha hərbi hücum ehtimalının səbəb olacağı humanitar dağıntılardan narahatlığını ifadə edib", - deyə bildirilib.
Sunak həmçinin davamlı atəşkəsə gedən yolda məhbusların azad edilməsi və Qəzzaya daha çox yardımın daxil olmasını təmin etmək üçün münaqişədə humanitar fasilənin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Sunak İsraili Kerem Şalom Sərhəd Qapısını tam açmağa və Böyük Britaniyanın dəstəkləməyə hazır olduğu Usdud (Aşdod) limanı vasitəsilə beynəlxalq yardımın çatdırılmasına icazə verməyə çağırıb.
Məhəmməd Tağıyev



